Nəsimi bələdiyyəsində iqtisadiyyat Nazirliyinin iştirakıyla “Çoxmənzilli binaların idarəedilməsi” mövzusuna həsr olunmuş seminar keçirilib.
Tədbiri açan bələdiyyə sədri Nazim Qaraxanov bələdiyyəni narahat edən bu mövzunun müzakirəyə çıxarıldığını qeyd edərək,hazırda bu tip mənzillərin Mənzil-Tikinti Kooperativləri (MTK) tərəfindən idarəedilməsini qanunauyğun olmadığını bildirərək, Mənzil Məcəlləsinə görə bu prosesin icrası və təşkilində bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün düşdüyünü bildirib. Sədrin sözlərinə görə, vergi müfəttişləri tərəfindən qaldırılan məsələnin sonadək öyrənilməsi zəruridir və vergi müfəttişlərinin ən əsas vəzifəsi sakinlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Tədbirdə çıxış edən iqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Fərrux Dadaşov 2009-cu ildə qəbul edilmiş yeni “Mənzil məcəlləsi”ndə baş vermiş dəyişiklik barəsində danışaraq sakinlərin üzərinə düşən vəzifləri xüsusilyə qeyd edib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Nəsimi rayonunda iki Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Prosesin davam etdirildiyini qeyd edən F.Dadaşov bu işdə sakinlərin aktiv olmasını dilə gətirib. Hazırda bu istiqamətdə mövcud idarəçilikdə müəyyən pərakəndəlik olduğunu qeyd edən nazirlik rəsmi MTK-ların fəaliyyətində bir sıra ciddi qanunsuzluqların olduğunu bildirib. Onun szölərinə görə, MTK-larda müqavilə yoluyla mənzil sahibi olanlar ilk növbədə bələdiyyəyə olan vergiləri də ödəməyə borcludurlar. Prosesin icrasında bələdiyyələrin üzərinə ciddi məsuliyyət düşdüyünü qeyd edən F.Dadaşov coxmənzilli mənzillərin idarəedilməsində bələdiyyələr də söz sahibi olduqların unutmamalıdırlar.
iqtisadiyyat nazirliyinin sektor müdiri Arif Nəzərov idarəedici müsəsisələrin müəyyən edilməsi üçün tenderin keçirilməsi yollarından danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|